Brazilya millisindən dəvət alan “Qalatasaray” klubunun qapıçılarla işləyən məşqisi Klaudio Taffarel bu barədə açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis “Qalatasaray”dan getməyəcəyini bildirib. Taffarelin açıqlamasını sizə təqdim edirik:
“Təbii ki, Braziliya Futbol Konfederasiyasına da təşəkkür edirəm. Mənə təklif gəldi. Mən onlara “Qalatasaray”dakı işimi davam etdirmək istədiyimi dedim. Onlar da problem olmadığını bildirdilər. Braziliya yığması oynayan zaman gəlməyimi istədilər. Baş məşqçi Prandelli və klubumuzun başqanı ilə də görüşdüm. Onlar da etiraz etmədilər. Tərəfdarlarımız əmin olsunlar ki, “Qalatasaray”la davam edirəm. Digər tərəfdən, milli komandaya getmək də önəmlidir. Bu il hər iki işi bir yerdə icra edəcəyəm”.