26 Dekabr 2024
Dünya futbolu

Klopp “Barselona”nın baş məşqçisi ola bilər

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunu tərk edə bilər.

İdmanxeber.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp onun yerinə namizəddir. Almaniyalı mütəxəssis katalonların prezidenti Joan Laporta ilə tez-tez əlaqə saxlayır.

Laporta daha əvvəl klubun Xaviyə tam etibar etdiyini bildirmişdi. 43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Xavinin müqaviləsi 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.

35 xalla komanda İspaniya çempionatında 3-cü pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43