Dünya futbolu

Klopp onu buraxmır – danışıqlar başladı

“Liverpul” Roberto Firminonun müqaviləsini uzatmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Yurgen Klopp oyunçunun komandada qalmasında israr edir. Hazırda rəhəbrlik braziliyalı futbolçu ilə danışıq aparır.

Firminonun klubu ilə müqaviləsi bu mövsüm sonu bitir. “Liverpul” oyunçuyla 2025-ci ilə qədər yeni bir sözləşmə imzalamaq niyyətindədir.

Firmino 2015-ci ildən “Liverpul”da çıxış edir. O, komandası ilə 21 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43