“Korintians”ın hücumçusu Aleşandre Pato yanvarda “Liverpul”a keçə bilər.
İdmanxeber.com-un məlumatına görə, Mersisayd klubu 26 yaşlı futbolçunun keçidi üçün “Korintians”la 20 milyon avroya prinsipial razılıq əldə edib.
Daha öncə bildirilirdi ki, “Vest Hem” və Dortmund “Borussiya”sı da “sambaçı”nı heyətində görmək istəyir.