Türkiyənin “Göztəpə” klubunun keçmiş prezidenti Bülent Özkul intihar edib.
Türkiyə mətbuatına istinadən verdiyimiz xəbərə görə, Özkul “Mustafa Kemal Sahil Bulvar”ındakı evinin 4-cü mərtəbəsindən özünü yerə atıb. Keçmiş klub prezidenti xəstaxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.