"Lids" klubunun prezidenti Massimo Çellino yenə eyni hərakəti ilə diqqəti öz üzərinə çəkdi.
İdmanxeber.com-un məlumatına görə, Massimo Çellino ölkəsində 17 rəqəminin uğursuz rəqəm olduğu üçün İtalya "Kalyari"sinin sahibi olduğu zaman klubun stadionundakı "17" nömrəli oturacaqların nömrəsini sildirib "16B" yazdırmışdı.
İndi isə məhşur iş adamı yeni klubu "Lids" də forma geyən Paddi Kennini komandadan qovub.Buna səbəb isə qapıçının 17 May tarixində dünyaya gəlməsi olub.