24 Sentyabr 2024
Dünya futbolu

Klub rəhbəri: “Mbappenin gedişini təsdiqləyə bilmərəm”

PSJ-nin prezidenti Nasser Al-Xelaifi hücumçu Kilian Mbappenin mümkün gedişi ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri fransalı forvardın “Real”a keçəcəyi barədə çıxan iddiaları belə cavablandırıb: 

“Mbappenin gedəcəyini təsdiqləyə bilmərəm. Məsələ rəsmiləşəndə klub belə şeyləri elan edir. Onun mövcud müqaviləsi var, lakin biz gələcək üçün planlar qururuq”.

Mbappenin yayda PSJ-ni azad agent kimi tərk edəcəyi bildirilir. 

25 yaşlı futbolçu hazırda “Real”la şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır. Hücumçu ilə madridlilər arasındakı anlaşmanın 2029-cu ilə qədər davam edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43