“Turan Tovuz”un Futbol Akademiyasının koordinatoru Rasim Əliyev və klubun məşqçilərindən biri hazırda Turkiyənin “Gənclərbirliyi” komandasının düşərgəsindədi.
İdmanxeber.az-a daxil olan məlumata görə, onlar təcrübə toplamaq üçün həm “Gənclərbirliyi”nin məşqlərini izləyir, həm də klubun akademiyasında təcrübə keçəcəklər.
Hər iki şəxs klub rəhbərliyi və baş məşqçi Ayxan Abbasovun tövsiyyəsi ilə Akademiyanın inkişafı, məşqçilərin təcrübələrinin artırılması beynəlxalq təcübə yeniliklərini mənimsəmək üçün Türkiyədədi.