06 Dekabr 2022
Kateqoriyasız

“Klub Şamaxı adını daşıyırsa, bütün məsələlər də rayona bağlı olmalıdır”

“Şamaxı” yeni mövsüm öncəsi təqdimat mərasimi keçirdir.

İdmanxeber.az xəbər verir ki, tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub çıxış etdi.

“Şamaxıda futbolla bağlı müəyyən ənənələr olub. 2018-ci ildə Region Liqasına komanda çıxarıldı. Çıxışı da yetərli qədər uğurlu alındı. Panedmiya ilə bağlı işlər yarımçıq qaldı. Amma başlanğıc ictimaiyyətdə maraqla qarşılandı. Rayon rəhbərliyi tərəfindən bu qarşılıqsız qalmadı. Cənab prezidentin göstərişinə uyğun olaraq 2020-ci ildə Şamaxı şəhər stadionu köklü şəkildə yenidən quruldu. AFFA rəhbərliyinə minnətdarlığımızı bildirmək istəyirik. Rövnəq Abdullayev dəfələrlə tikinti işləri ilə şəxsən maraqlanıb. Yenidənqurma işləri qısa zamanda başa çatdı. Cənab prezidneti iştirakı ilə 2021-ci ilin noyabrında stadionun açılışı oldu. Bu prosesin davamı kimi “Keşlə”nin bazası əsasında “Şamaxı” klubu yaradıldı.

Ötən mövsüm son turlardan komanda Premyer Liqada bu adla yarışdı. Bunun davamı kimi qarşıda növbəti vəzifələr qoyuldu. Klub Şamaxı adını dayışıyrsa, bütün məsələlərdə rayona bağlı olmalıdır. Beləliklə, əsas komandanın Şamaxıya köçməsi ilə bağlı qərar qəbul olundu və icrasına başlandı.

Bunun üçün də müəyyən hüquqi prosedurlar lazım idi. İdarə Heyətinin formalaşdırılması, yenidən Ədliyyə Nazirliyindən qeydiyyata keçiriılməsi lazım idi. Bu işlərdən sonra biz mtbuat qarşısına çıxa bilərik. İyunun əvvəllərində işlər yekunlaşdı. Paralel olaraq əsas komandanın formalaşdırılması prosesinə başlandı. Vüqar Əsgərli ilə anlaşdıq.

Yeni məşqçilər heyəti komandanı formalaşdırmağa başladı. Bütün bu proseslərdə yeni strategiyamızın cücərtiləri özünü göstərir. Əsas fikrimiz odur ki, klub Şamaxının adını daşıyırsa, bura da Azərbaycan dövlətçiliyinin timsalıdırsa, burada həm idman, həm də digər baxımından azərbaycançılıq ön plana keçməlidir. Təəssüf ki, Azərbaycanda müəyyən inkişaf səviyyəsinə çatmış futbolçular bir müddətdən sonra yetəri qədər şans qazanmırlar. Bir çox hallarda klublar legionerlərə üstünlük verilir. Bu da anlaşılandır. Ancaq gənclərin kənarda qalması ilə milli səviyyəsində də nəticələr qazanıla bilmir. Biz istəyirik ki, yerli, gənc məşqçilərə imkan yaradaq ki, bacardıqlarını ortaya qoysunlar. Onlar da yerli, perspektivli oyunçulardan ibarət heyət qurublar. Beləliklə, biz Azərbaycan futbolunun inkişafına töhfə verək. Ola bilər, çox iddialı danışırıq. Bəlkə, bir neçə turdan sonra başqa tonlar səslənə bilər. Amma çox səbrliyik. Biz tələsmirik. Hədəf ilk ildən uğurlu nəticələr göstərmək deyil.

Hədəfimiz hər gün bir addım irəli getməkdir. Peşəkarlığımızın artması hesabına inkişafı təmin etmək istəyirik. Bunun üçün bəlli bir səbr, həmrəylik lazımdır. Ola bilər, uğurlu nəticələr tez gəlmədi. Hər kəsdən anlayış gözləyirik. İdman inzibatçılığı sahəsində də yeniliklərimiz var. İş prinsiplərimizi dəyişmək istəyirik. Kollegiyal qərarların qəbul edilməsi əsas hədəflərimizdəndir. Problemlərimiz var. Bunları gizlətmirik. Heç kimə sirr deyil ki, qısa müddət ərzində müəyyən işlər görməyə çalışmışıq. Görüləcək işlər çoxdur. Bunları mərhələ-mərhələ,a rdıcıllıqla həll etməyə çalışırıq. Yaxın müddət ərzində daha konkret hədəflərimizi deyə bilərik. Futbol Şamaxıya nə verəcək, 1-2 ildən sonra harada olmaq istəyirik – konkret hədəflərimizi bölüşmək fikrimiz var.

Biz mətbuata açığıq. Problemlərimizi gizlətmirik. Amma bunların həllində müəyyən anlayış gözləyirik. Məqsədimiz qədim Şirvan torpağına, Azərbaycanın qədim paytaxtına futbolu sevdirmək, futbolu burada inkişaf etdirməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Zirə”də yeni müqavilə

admin

Hafiz Hacıyev Ronaldo haqqında: “Adam olmaq lazımdır, adam!”

admin

AFFA liqaların bərpa vaxtını yenidən uzatdı

admin