AFFA-nın Klublar Komitəsinin idarəçilik sistemi dəyişib. Belə ki, sədrlik sistemi katibliklə əvəzlənib.
Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Komitənin yeni katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub.
Qeyd edək ki, komitənin sonuncu sədri “Neftçi”in prezidenti Kamran Quliyev idi.