Kateqoriyasız

Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayır?

Ölkəmizi avrokuboklarda təmsil edəcək komandalarımızın oyun təqvimi bəllidi.

İdmanxeber.az-ın məlumatına görə,  ölkə çempionu “Qarabağ” mübarizəyə Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq. Qitənin ən nüfuzlu klub turnirinin oyunları iyulun 9-10 və 16-17-də keçiriləcək.

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” və “Səbail” də  I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Avropa Liqasında oyunlar isə 11-də və 18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43