16 Sentyabr 2024
Dünya futbolu

Klublarımızın UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli oldu

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri “Zirə”, “Sumqayıt” və “Sabah”ın da potensial rəqibləri müəyyənləşib.

“Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Ştreda” (Slovakiya) cütləri səpələnməmişlər,  “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü isə səpələnmişlər səbətində yer alıb. 

“Sabah” “Makkabi”ni keçsə, 3-cü mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn)  cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

“Zirə” Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibi üz-üzə gələcək. Bu halda “Zirə”nin ilk oyunu səfərdə olacaq.

“Sumqayıt” isə “Fehervar”ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda “Omoniya” (Kipr) – “Torpedo” Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. “Sumqayıt” da mərhələ keçəcəyi təqdirdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43