08 Sentyabr 2024
Ölkə futbolu

Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, şirkət tərəfindən milli assosiasiyaya ünvanlanmış məktubda departamentin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, qurum 2024/2025-ci illər Azərbaycan təmsilçilərinin UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43