Bu gün gözəl oyun gördük. 6 xallıq oyun idi. Fasilədən sonra həmişə belə oyunlar görə bilmirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev deyib. Hakimlik haqqında danışmaq istəməyən Quliyev sözlərinə belə davam etdi:
“Hakim bu gün futbolu sındırmadı. Hakimlərlə bağlı əlavə heç nə demək istəmirəm. Bu gün futbol qalib gəldi”.
Paytaxt klubun başqanı sonda azarkeşlərə təşəkkürünü bildirdi:
“Bu gün biz səfərdə yox, sanki öz meydanımızda oynayırdıq. Azarkeşlərimizi təbrik edirəm. Biletin pulla olması belə onların bu oyuna gəlməsinin qarşısını ala bilmədi”.