Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun Ramil Şeydayev transferi ilə bağlı açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, “Radyospor”a danışan klub rəhbəri bunları deyib:
“Ramil Şeydayevlə anlaşdıq. Sabah bizimlə olacaq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.
“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.