Millimizin futbçusu Ramil Şeydayev karyerasını “Kocelispor”da davam etdirəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, daha öncədən klubla müqaviləsi davam edən futbolçunun komandadan göndəriləcəyi bildirilirdi. Buna səbəb isə onun klubda ən yüksək əməkhaaqını alması, komanda daxilində bunun xoş qardılanmaması göstərilirdi.
Lakin Koceli klubu yeni mövsümə daha iddialı başlamaq niyyətindədi. Ramil Şeydayevin komandaya daha çox yardım edə biləcəyinin fərqinə varan I Liqa təmsilçisi, onu heç bir kluba icarəyə verməyi düşünmür.
Qeyd edək ki, Ramilin “Kocelispor”la müqaviləsi 2025-ci ilə kimidi.