Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes 2024-cü il Amerika Kubokunun ən yaxşı oyunçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi turnirdə 6 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. İyulun 15-də Kolumbiya millisi 2024-cü il Kubokunun finalında Argentinaya (0:1, d.v.) məğlub olub. Ceyms meydana start heyətində daxil olub və əlavə vaxtın əvvəlində əvəzlənib.
2023-cü ilin yayından yarımmüdafiəçi “San Paulo”da çıxış edir. O, əvvəllər “Olimpiakos”, “Əl Rayyan”, “Everton”, “Bavariya”, “Real”, “Monako”, “Porto”, “Banfild” və “Enviqado”da çıxış edib.