08 Fevral 2025
Ölkə futbolu

Kolumbiyalı futbolçu “Turan Tovuz”da – RƏSMİ

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubu müdafiəçi Hayderson Hurtado Palomino ilə anlaşıb. Oyunçu ilə 2,5 illik müqavilə bağlanılıb.

Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43