Müsahibə

“Komanda istirahət edəndə mən orda olacam” – Rəşad Sadıqov

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun İdmanxeber.com-a müsahibəsi.

“Karyeramın son illərində “qızıl dubl” etmək çox gözəl hisdir. Düzü, oyundan əvvəl uduzacağımızı fikirləşirdik. İlkl hissə çox gərgin keçdi. Amma fasilədən sonra komanda xeyli artırdı və lazım olan nəticəni əldə etdik.

– Zədən nə qədər ciddidir?

– Ayağım burxuldu. Dizimdə ağrılar var idi. Sabah yoxlanış olacaq.

– Şimali İrlandiya ilə oyun üçün təhlükə varmı?

– İndidən bu barədə nəsə demək olmaz. Sabahkı müayinədən sonra hər şey bəlli olacaq.

– Mövsümü qısaca necə dəyərləndirərdin?

– Bu ilki rəqabət daha güclü idi. Əvvəlki iki mövsümdə bu qədər çətinlik çəkmirdik. Əgər 2-3 oyunda çətinlik yaranırdısa, bu mövsüm 7-8 oyunda problemimiz oldu. Bunda zədələr və itkilər də rol oynadı. Heyətdə millinin oyunçuları çox idi. Bəzi oyunlarda eniş yaşadıq. Ən vacibi odur ki, əhəmiyyətli oyunlarda qələbə qazandıq. Son 5-6 matçda özümüzə bənzəməyə başladıq. Şükürlər olsun, mövsümü iki titulla başa vurduq.

– “Qızıl dubl” etdin, ancaq qarşıda baş məşqçisi olduğun U-19 komandası ilə daha bir titul səni gözləyir…

– 5 gün sonra “Qəbələ” ilə vacib səfər oyunumuz var. Bütün komanda istirahət edəndə mən orda olacam (gülür).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43