Milli komanda

“Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik” – De Byazi

“Qrupda 2 oyun keçirmişik. Sabah 3-cü matçımıza çıxacağıq. Çox vacib qarşılaşmadır”.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində sabah Lüksemburqla səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis start heyəti ilə bağlı qərarı sabah verəcəyini bildirib: “Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikrimcə, yaxşı oyun göstərəcəyik. Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik. İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin. 5 əvəzetmə haqqımız var. Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək”.

De Byazi millimizin qalib gəlmək şanslarını isə belə qiymtləndirib: “Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43