Ölkə futbolu

“Komanda xarakter göstərdi” – Elmar Baxşıyev

Misli Premyer Liqasının XXIV turunun “Səbail” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis oyun barədə bunarı deyib:

“Ağır oyun olacağını bilirdik. Çünki heyətimizdə itkilər var idi. Komanda şəklində həmin boşluqları doldura bildik. Maraqlı, dinamik matç alındı. Hər iki komanda qələbəyə layiq idi. Yolumuza davam edəcəyik. Komanda oyun planında yaxşıdır. Futbolçulara təşəkkür edirəm. Onlar düşündüyümüzü meydanda verməyə çalışırdılar. Bu gün qələbə qazanmaq istəyirdik. İkinci hissənin əvvəlində oyuna nəzarəti rəqibə verdik. Komanda xarakter göstərdi və təzyiqini davam etdirdi. Epizodları dəyərləndirmək üçün soyuqqanlılıq çatmadığını düşünürəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43