Müsahibə Ölkə futbolu

“Komandada artıq qələbə ruhu yaranıb” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinin suallarını cavablandırıb.

İdmanxeber.az həmin müsahibəni təqdim edir:

-Təlim-məşq toplanışı planınıza uyğun irəiləyir?

-Vaxtın az olması toplanışın intensiv keçməsinə səbəb ldu. Rəhbərliyin yaratdığı şərait, futbolçuların işə yanaşması məni qane etdi. 100 faiz olmasa da, 70-80 faiz fikirləşdiklərimizi həyata keçirə bildik.

-Hazırda komandada ab-hava necədir?

-Komandaya yeni baş məşqçi təyin olunursa, onun işi ilk öncə futbolçular arasından ab-havanı düzəltməkdir. Biz buna nail olduq. Hamı burada bir ailə kimidir. Bu da öz növbəsində məşqlərin yaxşı keçməsinə təsir edir. Qarşıda bizi çətin oyunlar gözləyir. Yuxarı getməliyik. Bunun üçün komanda bir olmalıdır. Komandada artıq qələbə ruhu yaranıb.

-İlk zamanlar hansı çətinliklərlə üzləşdiniz?

-Çox şeyi demək olar. Əgər klub sonuncu yerdədisə deməli, problemlər olduqca çoxdur. Təəccüblü olsa da, qısa vaxtda bu problemləri arxada qoymağı bacardıq. Futbolçuların sayəsində hamısının öhdəsindən gəlirik. Komanda ayın 26-na kimi çempionat oyunlarına hazır olmalıdır.

-“Səbail”də ideal heyəti formalaşdırmısınız?

-Antalyada üç oyun keçirdik. Hamısı da güclü klublar idi. Bütün futbolçulara şans verməkdə daha çox mübarizə üzərinə oyun qurduq. Amma ən azından komanda hücumda və müdafiədə nə etmək istədiyini bilir. Bu sistemi artıq futbolçuların başına yerləşdirmişik. Əsas heyət məsələsinə gəlincə, bu gün oyunçular aarsında elə də böyük fərq yoxdur. Hamsının hazırlıq səviyyəsi bərabərdir. Rəqabət var komandada. Heyət yüz faiz hazırdır deməzdim. 3 yoxlama görüşünü dərindən analiz etdikdən sonra əsas heyəti formalaşdıracağıq.

-Oyunçulardan tələb etdiyiniz 3 vacib məqam hansılardır?

-Ümumi komandada mehribançılığı istəyirəm. Futbolçuların görüşlərdə bir-birini siğorta etmələrini, kompakt oyun göstərməyi tələb edirəm.S istemi başa düşməliyik. Ən əsası komanda uduzmağı sevməməlidir. Hər oyunda xarakter ortaya qoyulmalıdır.

-Qarşıya qoyulan əsas məqsəd nədir?

-Hamıya aydındır məqsədimiz. Biz sonuncu yerdən çıxmalıyıq. Əsas hədəfimiz budur. Kubokda da yolumuza davam edirik. Orada da uğurlu çıxış edə bilərik. Ancaq əsas məsələ sonuncu pillədən qurtulmaqdır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43