08 Avqust 2022
Ölkə futbolu

“Komandada çox dəyişiklik var” – “Səbail”in kapitanı

“Artıq bir müddətdir Gürcüstanda təlim-məşq toplanışındayıq. Hər şey qaydasındadır”

Bu sözləri İdmanxeber.az saytına “Səbail” futbolçusu Rahid Əmirquliyev deyib. Təcrübəli oyunçu daha sonra belə davam edib: “İki oyunumuz olub. Birində məğlub olsaq da, digərində qalib gəldik. Komandada çox dəyişiklik var. Yeni gələn oyunçular da çoxdur.  Bu səbəbdən də bizə biraz daha vaxt lazımdır. Onlar tam adaptasiya olduqdan sonra faydalı olacaqlar.

Burdan qayıdandan sonra Bakıda da hazırlığımıza davam edəcəyik. Çempionata bütün gücümüzlə hazır olmalıyıq. Hər nə qədər yeni oyuçular çox olsa da, mövsüm başlayan qədər tam formaya düşəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Fariz Nəcəfov Qriqorçukun qarşısına hansı vəzifəni qoyub?

admin

İvaylo Petev: “Bu xəbərlərin haradan çıxdığını bilmirəm”

admin

“Neftçi” texniki məğlubiyyət alacağı oyun – VİDEO

admin