24 Noyabr 2024
Ölkə futbolu

“Komandada oyun baxımından sıxıntı hiss eləmirəm” – Elmar Baxşıyev

“Qış fasiləsindən sonra həm nəticələri yaxşılaşıb, həm də oyun planında keyfiyyətli futbol nümayiş etdirirlər. Komandamın bugünkü çıxışından razıyam. 6 turdan sonra qələbə qazandıq. Əvvəlki oyunlarda da 3 xal qazana bilərdik. Lakin buna nail olmaq üçün nəsə çatışmırdı. Bu gün istəyimizə çatdıq. Buna görə komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

İdmanxeber.az saytının məlumatına gbörə. bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra deyib.

Təcrübəli mütəxəssis komandasının üzvləri Yaovi Akakpo və Asif Məmmədov barədə danışıb: “Düzdür, keçən oyun Yaovi Akakpoya oynamaq şansı vermişdik. Lakin hələ tam hazır deyil. Bir qədər zamana ehtiyac duyur. Amma məşqlərdə müsbət siqnallar görürük. Növbəti turlarda yəqin ki, daha çox oynamaq imkanı qazana biləcək. O ki qaldı Asifə, futbolçunun həvəsə gəlməsi normaldı. Asif Məmmədov universal futbolçudu. Həm müdafiədə, həm də hücumda komandaya öz köməyini göstərə bilir”.

Baxşıyev matçın sonlarının komandası üçün gərgin keçməsinin səbəbini belə izah edib: “Sondakı gərginlik normaldı. Bir tərəfdən qol epizodları yaratmağımız məni sevindirir. Çünki bunun üçün güc tələb olunur. Lakin digər tərəfdən də yaxalanan epizodları qola çevirmədikcə rəqibə də çox şans verirsən”.

“Qəbələ”nin çalışdırıcısı IV yer uğrunda əsas rəqibləri olan “Zirə”nin sabah “Qarabağ”la görüşdə xal itirmək ehtimalı barədə düşünmədiklərini söyləyib: “Biz öz oyunumuz üzərində dayanmışıq. Ən önəmlisi odur ki, komandamız necə nəticə qazzanacaq. Rəqib xal itirəcək, ya itirməyəcək, bu barədə fiirləşmirik”.

O, komandasında hər hansı bir problem olmadığını vurğualyıb: “Komandada oyun baxımından sıxıntı hiss eləmirəm. Bəli, daha yaxşı ola bilərik. “Qəbələ” oyundan-oyuna daha məzmunlu, dominant sərgiləyəcək”.

Elmar Baxşıyev “Sumqayıt”la görüşdə fərqlənən Rafael Utsiqdən narazılığı olmadığını qeyd edib: “Qıraqdan bəlkə də Utsiqin hansısa problemi görünə bilər. Yəqin problem az qol vurmağıdı. Amma unutmayaq ki, son 3 oyunda 2 qol vurub. Ondan narazılığım yoxdur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43