İdman

Komandalarımızın rəqibləri müəyyənləşdi

İyunun 14-də Lüksemburqda qadın və kişi voleybol komandaları arasında “Çellenc Cup” turnirinin püşkü atılıb.

Püşkün nəticəsinə görə, qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Rumıniyanın “Ştiinta” komandası ilə qarşılaşacaq. Komandamız yarışa 1/16 finaldan başlayacaq.

Komandamız Rumıniya təmsilçisi ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-də Bakıda olacaq.

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Lokomotiv”in də rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin “Apoel” komandası ilə üz-üzə gələcək. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq komandamız ilk oyununu noyabrın 21-23-də paytaxtımızda, ikinci görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43