“Elfsborq”un baş məşqçisi Oskar Hilyemark “Qarabağ” oyunu (1:0) sonrası fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı mütəxəssis qələbə qazandıqları üçün xoşbəxt olduğunu bildirib:
“İlk hissədə çoxlu texniki səhvlər etdik. Komandamla fəxr edirəm. Meydan son dərəcə sürüşkən idi. Yeni il bayramından əvvəl çox gözəl və vacib qalibiyyət idi. Qələbə əldə etməsəydik, növbəti mərhələ şansımız azalacaqdı. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik”.
“Qarabağ” səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub.