16 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

Komandası darmadağın oldu, hakimləri qınadı – ETİRAZ DOLU VİDEO

Misli Premyer Liqasının ilk turunun “Zirə” – “Səbail” matçı olduqca maraqlı keçdi.

İdmanxeber.az-ın məlumatına görə, 5 qolun qeydə alındığı oyunda “qartallar” qələbəyə sevinən tərəf olub – 4:1.

Turun son matçının hakim idarəçiliyi gündəm olub. Belə ki, görüşün baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyi birmənalı qarşılanmayıb. Qonaqların baş məşqçisi Şahin Diniyev və onun köməkçiləri oyunun gedişində az qala hər epizoda etirazını bildirir, narazılıqlarını ifadə edirdilər. Qarşılaşma bitər-bitməz isə Şahin Diniyev Rəvan Həmzəzadəyə yaxınlaşıb, onun idarəçiliyindən razı qalmadığını bildirib və sonda əl çalaraq etirazını bir daha nümayiş etdirib.

Həmin anları sizə təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43