“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun mövsümöncəsi son durumunu şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, iatliyalı mütəxəssis müdafiə xəttindən narahat olduğunu bildirib. O, bu problemi ən qısa vaxtda həll etməli olduqlarını da vurğulayıb:
“Komandaya 10 xal üzərindən 6 verərdim. Müdafiə məsələsi həll edilməlidir. Hücum məni narahat etmir – biz çox şey yaratdıq. Düşünürəm ki, dörd matçın hamısında oyunun gedişinə nəzarət etdik.
Düzəltilməsi lazım olan şeylər var, amma bu, kollektiv problemdir. Rəqib təzyiqi artıranda çox səhv edirik. Bununla bağlı çətinlik çəkdik”
Mövsümöncəsi “Real” “Milan”ı (3:2) və “Mançester Yunayted”i (2:0) məğlub etsə də, “Barselona” (0:3) və “Yuventus”a (1:3) uduzdu.
Avqustun 12-də Madrid klubu İspaniya çempionatının 1-ci turu çərçivəsində “Atletik”lə qarşılaşacaq.