Kateqoriyasız

“Komandaya deyəcəklərim olacaq” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının II turunda “Turan Tovuz”la oyunu şərh edib.

İdmanxeber.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçddan sonra “CBC Sport”a bunları deyib:

“Qələbə qazanmaq istəyirdik. Buna köklənmişdik. Rəqib müdafiədə səhvsiz oynadı. Bizim bir diqqətsizliyimizdən qol vurdular. Uduzanda deyiləcək sözlər çoxdur. Amma mətbuat üçün yox, futbolçular üçün. Komandaya deyəcəklərim olacaq”.

Qurbanov komandasını Premyer Liqanın ilk turunda “Qarabağ”a qarşı oynadığı kimi çıxış edə bilmədiyini söyləyib:

“İstər yerlilər, istər əcnəbilər “Qarabağ”la oyundan fərqli olaraq heç də yaxşı çıpxış etmədilər, Rəqib qapanmışdı, müdafiəni yara bilmədik. istədiklərimiz olmadı. Futboldur, qarşıdakı oyunlara baxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43