28 Noyabr 2024
Ölkə futbolu

Komitə sədri “Turan Tovuz”un oyunundakı mübahisəli epizoddan danışdı

Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” oyununda baş verən mübahisəli epizod barədə Hakimlər Komitəsinin sədri Frank De Blekler açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, sabiq referi həmin epizodu belə şərh edib:

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.

Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.

Xatırladaq ki, Naxçıvan təmsilçisinin oyunçusu Roman Maçadonun “Turan Tovuz”un müdafiəçisi Roderik Millirə müdaxiləsi böyük müzakirələrə səbəb olub. Elçin Məsiyev həmin epizodda Maçadoya sarı vərəqə götərsə də, hərəkətin birbaşa “qırmızı” olduğu iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43