05 Avqust 2021
Kateqoriyasız

“Konfrans Liqası bizim üçün də maraqlıdır” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli klubun saytına açıqlama verib.

O, hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

“Məşqlərimiz 1 həftədən çoxdur ki başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şenol Günəş: “Bakıda – öz meydanımızda oynayacağıq”

admin

Birinci Divizionda XVI turun cədvəli

admin

“Qarabağ”la oyun Mesut Özilin yubileyi olacaq

admin