“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkib. “Neftçi Arena”da oynanılan görüşdə İstanbul klubu qələbə qazanıb – 3:1.
Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edib.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə) 1:3
Qol: Vensan Abubakar, 14, Cekson Muleka, 22, Salih Uçan, 52, Kilan Lebon,, 79 (1:3)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
“Neftçi Arena”
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.