Kateqoriyasız

Konfrans Liqası: Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.

Bu iki klub püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti verə bilərlər. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir.

Daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nazasızlıq səbəbindən təkrarlanıb.

Qeyd edək ki, “Qarabağ” pley-offda Fransa “Marsel”inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Renatın “Liverpul”a vurduğu qol və çılğın qol sevinci – Video

admin

“Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq” – UEFA-nın prezidenti

admin

“Nə oldu, Qurban Qurbanova 6 ay səbr edə bilmədilər”

admin