“Qəbələ” və “Neftçi” bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, II təsnifat mərhələsinin ilk oyununda “qırmızı-qaralar” evdə Kipr “Omoniya”sını qəbul edib. Qəbələ şəhər stadionunda keçiriləcən görüşdə beş qol qeydə alınıb.
Matçda hesabı təmsilçimiz açsa da, Kipr klubu geridönüş edib -2:3.
“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxıb. Rəqib ölkənin titullu klublarından “Jelezniçar” idi. “Qrbavitsa” stadionundakı oyun heç-heçə sona çatıb -2:2.
Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:3
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu
23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) 2-2
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, “Qrbavitsa” stadionu