25 Oktyabr 2024
Ölkə futbolu

Konfrans Liqası: “Sabah” turnirlə vidalaşdı, “Zirə” pley-offda

Bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib..

İdmanxeber.az-ın məlumatına görə, “Sabah” evdə İrlandiya “Sent Patriks” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçiriləcən görüş rəqibin qələbəsiylə başa çatıb – 1:0. Səfərdə də məğlub olan “Sabah” iki oyunun nəticəsinə görə, KL ilə vidalaşıb.

Turnirdəki digər təmsilçimiz “Zirə” isə Xorvariyanın “Osiyek” klubunu qəbul edib. Görüş 2:2 hesabı ilə sona çatıb. İlk oyunda da heç-heçə (1:1) olduğu üçün görüşdə qalib penaıtilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən təmsilçimiz pley-offa vəsiqə qazanıb. 

“Zirə” pey-offda “Omoniya” (Kipr) ilə üz-üzə gələcək. 

15 avqust

20:00. “Sabah” – “Sent Patriks” (İrlandiya) 0:1

Qol: Zaxari Elbuzedi, 49

Qırmızı vərəqə: Sofian Çakla, 27 (“Sabah”)

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, “Bank Respublika Arena”

İlk oyun – 0:1

20:30. “Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) 2:2

Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

“Dalğa Arena”

İlk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43