“Zirə” və “Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah” doğma meydanda “Makkabi”ni qəbul edib. Görüş İsrail klubunun 6:3 qələbəsiylə başa çatıb.
İlk görüşdə təmsilçimiz 3:0 qalib gəldiyi üçün ümumi hesab bərabərləşib və matçda penaltilər seriyası qeydə alınıb. Rəqibdən daha dəqiq zərbələr vuran “Sabah” növbəti mərhələyə yüksəlib.
“Sabah” 3-cü mərhələdə “Sent-Patriks Atletik” ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
“Zirə” isə Slovakiya “DAK 1904” ilə səfərdə qarşılaşıb. “MOL Arena”da oynanılan görüş təmsilçimizin qələbəsiylə başa çatıb – 2:1.
“Zirə” növbəti mərhələdə “Osiyek”lə (Xorvatiya) üz-üzə gələcək. Komandamızın ilk oyunu səfərdə olacaq.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) 3:6
Qollar: Dolev Hazizia, 17 (0:1), Pavol Şafranko, 47 (1:1), Frantsdi Pyerro, 67 (1:2), Lorenko Simiç, 70 (1:3), Kahim Parris, 71 (2:3), Lior Rafaelov, 73 (2:4), Françdi Pierro, 90 (2:5), Coy-Lens Mikels, 103 (3:5), Dean David, 112 (3:6)
Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)
“Bank Respublika Arena”.
İlk oyun – 3:0.
22:30. “DAK 1904” (Slovakiya) – “Zirə” (Azərbaycan) 1:2
Qollar: Rafael Utziq, 24 (0:1), Alexandro Mendez, 40 (1:1), Qismət Alıyev, 57-pen (1:2)
Qırmızı vərəqə: Romarik Yapi, 56 (“DAK 1904
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
“MOL Arena”
İlk oyun – 0:4.