“Sabah” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşıb.
“Bank Respublika Arena”dakı qarşılaşmada iki qol qeydə alınıb. Təmsilçimiz doğma meydanda rəqibini məğlub etməyi bacarıb -2:0. Qarşılaşmanın 68-ci dəqiqəsində Aleksey İsayev penaltidən yararlana bilməyib.
Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edib.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya) 2:0
Qol. B.Letiç 70, 74
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
“Bank Respublika Arena”