Azərbaycan klubları UEFA Konfrans Liqası II təsnifat mərhələsində ilk matçına çıxır.
İdmanxeber.az-ın məlumatına görə, görüşlərdən öncə futbol mütəxəssisləri komandalarımızın şanslarını bəlirləyib. Təmsilçilərimizdən meydana ilk çıxacaq “Sumqayıt” klubunun Macarıstan “Fehervar”ına qarşı şansı yüksək görülməyib. Belə ki, “kimyaçılar”ın qələbəsinə 2,95, məğlubiyyətinə isə 2,40 əmsal təyin edilib.
“Zirə” isə “Sumqayıt”dan fərqli olaraq oyunun favoriti hesab olunub. Qəsəbə klubunun “DAK 1904”lə matçda qalib gələcəyinə 2,56 əmsal təyin edilibsə, məğlubiyyətinə 2,90 verilib . Matçın heç-heçə bitmə ehtimalı isə 2,99 kimi qiymətləndirilib.
Turnirdəki digər klubumuz “Sabah”a isə görüşdə demək olar ki, şans verilməyib. İsrail klubu “Makkabi”nin (Hayfa) qalibiyyətinə 1,40, “bayquşlar”ın qələbəsinə isə 7,55 əmsal verilib. Görüşün heç-heçə bitmə ehtimalı 4.60 olaraq dəyərləndirilib.