27 Sentyabr 2024
Ölkə futbolu

Konfrans Liqası: “Zirə” turnirlə vidalaşdı – YENİLƏNİB

“Zirə” bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi evdə Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə bitib. Lakin ilk oyunda “Zirə” 0:6 hesabı ilə uduzduğundan Konfrans Liqasında mübarizəni dayandırmalı olub.

“Zirə” tarixində ilk dəfə pley-off mərhələsində çıxış edirdi.

29 avqust

Konfrans Liqası, pley-off mərhələsinin cavab oyunu

20:00. “Zirə” (Azərbaycan) – “Omoniya” (Kipr) – 1:0 

Qol: Rafael Utziq, 79
Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
“Dalğa  Arena”

İlk oyun – 0:6


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43