08 Sentyabr 2024
Ölkə futbolu

Konfrans Liqası: “Zirə” və “Sabah”dan darmadağın, “Sumqayıt” uduzdu  

Azərbaycan klubları UEFA Konfrans Liqası II təsnifat mərhələsində mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə” evdə “DAK 1904” (Slovakiya) ilə üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən görüş “qartallar”ın qələbəsiylə başa çatıb – 4:0.

Turnirdəki digər təmsilçimiz “Sabah” isə 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb. Qarşılaşma təmsilçimizin fərqli qələbəsi ilə başa çatıb – 3:0.

Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” klubu  evdə Macarıstan “Fehervar”ını qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcən görüş qonaqların qələbəsiylə sona çatıb – 2:1.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:30. “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) – 4:0 

Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)

Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)

“Dalğa Arena”

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) – 0:3 

Qollar: Pavol Şafranko, 60 (0:1), Cessi Sekidika, 78 (0:2), Xəyal Əliyev, 88 (0:3)

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer

“Varkert Sportpalya”, Macarıstan

20:00 “Sumqayıt” (Azərvaycan) – 1:2 “Fehervar” (Macarıstan)

Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)

Qırmızı vərəqə: Murad Xaçayev, 32 (“Sumqayıt”)

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43