23 Dekabr 2024
Kateqoriyasız

Konfrans Liqasında 1/4 final həyəcanı

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Idmanxeber.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq.

Gecənin ilk matçında “Feyenoord” doğma meydanda Çexiya “Slaviya”sını qəbul edəcək.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” Fransada Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcək.

1/4 finalın cavab qarşılaşmaları aprelin 14-də olacaq.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

7 aprel

20:45 “Feyenoord” (Niderland) – “Slaviya” Praqa (Çexiya)

23:00 “Marsel” (Fransa) – PAOK (Yunanıstan)

23:00 “Lester” (İngiltərə) – PSV (Niderland)

23:00 “Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43