Kateqoriyasız

Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan klub bu qədər mükafat qazanacaq

UEFA-nın yeni yaratdığı və bu ildən start götürəcək Konfrans Liqasının mükafatlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirin qrup mərhələsinə vəsiqə qazanan hər klub 2,94 milyon avro qazanacaq.

Qrup mərhələsində hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrup liderləri əlavə 650 min avro qazanacaq. Qrup ikincilərinə 325 min avro, 1/16 finala çıxanlara 300 min avro, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.

Təsnifat mərhələsinin mükafat fondu açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanı 2021/2022 mövsümündə Konfrans Liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klubları təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43