Dünya futbolu

Konte “Çelsi”dən gedir

“Çelsi”nin baş məşqçisi Antonio Konte yayda “İnter”ə baş məşqçi təyin olunmağa razılıq verib.

İdmanxeber.com-un məlumatına görə, 47 yaşlı mütəxəssis klubun yeni sahiblərinin təklifini qəbul edib. Onun məvacibi əvvəlki təkliflə müqayisədə 11-dən 15 milyona qaldırılıb. Məlumatı İtaliyanın ən məşhur idman qəzetlərindən biri olan “Tuttosport” yayıb.

Məlumata görə, yaxın günlərdə “Suning” şirkətinin hüquqşünasları Roman Abramoviçlə müqavilənin xitamı ilə bağlı danışıqlar aparacaq.

Kontenin “Çelsi”də fəaliyyətinin davam etdirmə istəməməsinin səbəbi rəhbərliklə münasibətlərinin yaxşı olmamasıdır.

Qeyd edək ki, hazırda London təmsilçisi İPL-də 10 xal fərqli liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43