“Çelsi”nin çalışdırıcısı Antonio Konte Çindən gələn təklifi rədd edib.
İdmanxeber.com-un məlumatına görə, 47 yaşlı mütəxəssisə ilinə 25 milyon avro təklif edirdilər. Lakin italyalı bundan imtina edib.
Xatırladaq ki, 23 turdan sonra “Çelsi” İPL-də 56 xalla liderdir.