İtaliyalı mütəxəssis Antonio Konte “Yuventus”a qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, Konte artıq Turin komandasının rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb. O, 2023/2024 mövsümünün sonunda Massimiliano Alleqrini əvəzləyərək “Yuventus”a rəhbərlik edəcək.
Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Kontenin son iş yeri “Tottenhem”də olub (2021-2023).