İtaliya millisinin baş məşqçisi Antonio Kontenin yeni iş yeri məlumdu.
İdmanxeber.com-un məlumatına görə, bu barədə İtaliya mətbuatı yazıb.
Kontenin Londonun “Çelsi” klubuna keçəcəyi iddiaları özünü doğruldur. “Avro-2016” bitdikdən sonra təcrübəli mütəxəssis İngiltərəyə gələcək. İtaliyalı jurnalistlərin yazdığına əsasən, Konte ilə razılıq əldə olunub və 3 illik müqavilə imzalanıb.