29 Noyabr 2024
Dünya futbolu

“Konyaspor”un baş məşqçisi Mahir Emreli ilə görüşüb

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” məşqləri bərpa edib.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda 3 günlük fasilənin atrdından yenidən toplanıb. Hazırlıqlarda Konya klubunun yeni transferləri Mahir Emreli və Marlos Moreno də iştirak ediblər.

Komanda ilə tanış olan futbolçular daha sonra baş məşqçi Aleksandar Stanoyeviçlə görüşüblər. Serbiyalı mütəxəssis görüş zamanı yeni futbolçulara onlardan gözləntilərinin nə olduğunu bildirib və komandanın oyun planını izah edib.

Müqavilə ilə “Dinamo” klubuna məxsus olan Mahir Emreli mövsümün sonuna qədər icarə əsasında “Konyaspor”da çıxış edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43