Danimarka Super Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 33-cü turda evdə “Bröndbi”ni 3:2 hesabı ilə məğlub edən “Kopenhagen” ölkə çempionu olub. Paytaxt klubu sona 3 tur qalmış 2-ci pillədəki “Mitdyulland”ı 14 xal üstələyir.
“Kopenhagen” tarixində 13-cü dəfə Danimarka çempionu olub.