Avroliqanın II təsnifat mərhələsində Bakıda “Neftçi”nin qonağı olacaq Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli mətbuatın suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, ən çox Flavinyodan təhlükə gözləyən təcrübəli mütəxəssis bu sözləri deyib:
" “Neftçi” cinahlardan çox yaxşı hücumlar təşkil edir. Onların kapitanı, braziliyalı Flavinyonu xüsusi qeyd etmək istəyərəm. Ona oynamaq üçün imkan verməməliyik. Əks təqdirdə bizim üçün çox pis olacaq. Bakıda qələbə qazanmaq üçün meydana çıxacağıq. Səfərdə vurduğumuz hər qol bizi üçüncü mərhələyə yaxınlaşdıracaq".