Kateqoriyasız

“Koronavirusa görə evdən çölə çıxmağı məhdudlaşdırmışam” – “Neftçi”nin legioneri

Premyer Liqanın XIX turunda evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edən “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

23 yaşlı yarımmüdafiəçi öncə nəticədən danışıb:

– 90 dəqiqə yaxşı oynadıq, rəqibi üstələdik. Son 10 dəqiqədə isə konsentrasiyanı itirdik. Bu da buraxılan qolla nəticələndi. Güclü külək bizim və “Səbail”in oyununa təsir göstərdi. Buraxdığımız qolda da belə oldu.

– Roberto Bordinin gedişindən sonra “Neftçi”də işlər hələ də düzəlməyib?
– Məşqçi amili bir o qədər də vacib deyil. Futbol oynamalıyıq. “Neftçi”də oynayırıq və bu komanda üçün nəticə qazanmalıyıq. Futbolda belə hallar olur. Bu gün konsentrasiyanı itirdik. Deməzdim ki, dəyişiklik yoxdu, xeyr. Özünüz görürsüz. “Qəbələ” və “Səbail”ə qarşı inamlı oynadıq. Fikrimcə, dəyişikliklər var. Roberto Bordin və ya başqası olsun, biz meydana çıxmalı, qələbə üçün oynamalıyıq.

– “Qarabağ”a yaxınlaşmaq üçün yaxşı fürsətiniz var idi. Səncə, onlar yenə xal itirə bilərlər?
– Çempionat hələ bitməyib. Düzdü, bu gün fürsəti qaçırdıq. Belə şanslar olacaq. Hələ qarşıda bir neçə tur var. Biz yenə vuruşacağıq. Hər şey edəcəyik ki, “Qarabağ”a yaxınlaşaq və çempion olacaq.

– Koronavirus hamını qorxuya salıb. Epidemiyadan necə qorunursan?
– Təəssüf ki, planetimiz belə halla üzləşdi. Biz nə edə bilərik? Allaha dua edə bilərik ki, hər şey tezlikə yaxşı bitsin, virus yer kürəsində olmasın. Özüm məşqlərdən sonra dərhal evə getməyə və çölə çıxmamağa çalışıram. Evdən çölə çıxmağı məhdudlaşdırdım


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43